Bakı. Trend:
Keçmişə baxmaq o qədər də faydalı olmaz. Mən Ermənistan və Azərbaycan xarici işlər nazirlərindən müsbət sözlər eşidirəm.
Trend xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, yeni reallıqlar qəbul edilməlidir:
"ATƏT hər iki ölkəni dinləyir. Biz yeni reallıqları qəbul etməliyik. Ümid edirik ki, tez zamanda tərəflər arasında hərətəfli və dayanıqlı sülh razılaşması əldə olunacaq. İki ölkə arasında sərhədlərin delimitasiya prosesinə başlanmasını yaxşı qarşılayırıq".