Bakı. Trend:
Milli Məclis yaz sessiyası başa çatıb.
Trend-in məlumatına görə, parlamentin yaz sessiyasının sonuncu iclasında 9 məsələ müzakirə edilib.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, yaz sessiyası dövründə 13 iclas keçirilib, 61 qanun qəbul edilib.
Sədrin sözlərinə görə, həmin müddətdə iki yeni qanun qəbul edilib, 50 qanuna dəyişiklik edilib, 9 beynəlxalq müqavilə təsdiqlənib.