...

Şahin Mustafayev Sankt-Peterburq şəhərinin qubernatoru ilə görüşüb

Siyasət Materials 7 İyun 2024 10:34 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının baş nazirinin müavini Şahin Mustafayev Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlovla görüşüb.

Trend xəbər verir ki, bu barədə Sankt-Peterburq Administrasiyası məlumat yayıb.

Görüşdə əməkdaşlığın inkişafı və birgə layihələrin icrası müzakirə olunub.

Aleksandr Beqlov Sankt-Peterburq və Azərbaycanın 2024-2028-ci illər üzrə yeni "yol xəritəsi" çərçivəsində birgə fəaliyyəti davam etdirdiyini qeyd edib.

"Qarşılıqlı fəaliyyətimizə hər iki ölkə liderinin sıx təmasları şərait yaradır. Rusiya prezidentinin qeyd etdiyi kimi, Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədə olmaqla bərabərhüquqluluq prinsipi və bir-birinin maraqlarını nəzərə almaqla inkişaf etdirilir", - o deyib.

Şahin Mustafatev də öz növbəsində Peterburq Beynəlxalq İqtisadi Forumunun uzun illər ərzində Azərbaycanın iqtisadi inkişaf məsələlərinin və Peterburqla əməkdaşlığının müzakirəsi üçün mühüm platforma olduğunu qeyd edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti