...

Bu ilin sentyabrında Füzulidə dördüncü yaşayış məhəlləsinin tikintisi başlayacaq - Emin Hüseynov

Siyasət Materials 28 İyun 2024 11:49 (UTC +04:00)
Bu ilin sentyabrında Füzulidə dördüncü yaşayış məhəlləsinin tikintisi başlayacaq - Emin Hüseynov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Şuşa. Trend:

Bu ilin sentyabrında Füzulidə dördüncü yaşayış məhəlləsinin tikintisi başlayacaq.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib.

"Bugünədək ölkənin işğaldan azad edilmiş rayonları arasında ən çox məskunlaşan Füzuli rayonuna ümumilikdə 3132 nəfərdən ibarət 822 ailə qayıdıb. Onlardan 450 şagird artıq məktəbdə təhsil alır", - o deyib.

O, həmçinin, Füzuli şəhərində mərkəzi parkın tikintisi üzrə aktiv işlərin görüldüyünü əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti