...

Azərbaycan Avropa üçün enerji mənbələrinin şaxələndirilməsi üzrə fəaliyyətin əsas hissəsidir - ABŞ dövlət katibinin köməkçisi

Siyasət Materials 28 İyun 2024 17:11 (UTC +04:00)
Azərbaycan Avropa üçün enerji mənbələrinin şaxələndirilməsi üzrə fəaliyyətin əsas hissəsidir - ABŞ dövlət katibinin köməkçisi
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Avropa üçün enerji mənbələrinin şaxələndirilməsi üzrə fəaliyyətin əsas hissəsidir

Trend xəbər verir ki, bu barədə bu gün ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Bakıda keçirilən brifinqdə deyib.

"Azərbaycanın bir dövlət kimi Gürcüstan ərazisindən keçib-keçməməsindən asılı olmayaraq, Xəzər dənizi vasitəsilə, sonra isə qlobal bazarlara çıxarılan məhsul və xidmətləri əldə etmək üçün böyük imkana sahib olduğunu görürük. Bu imkan nəqliyyat xərclərini azaldacaq. Bu, geosiyasi müdaxilələrdən qorunan alternativlər təqdim edəcək. Bütün bunlar Tacikistandan Kiyevə qədər on milyonlarla insanın bu dəhlizin açılmasından faydalanacağını düşünmək üçün əla səbəbdir. Hesab edirik ki, bu, bütün maraqlı tərəflərin razılığı ilə edilməlidir. Bilirik ki, hər şey Ermənistan və Azərbaycan arasında Gürcüstan ərazisindən keçən, təkcə müəyyən real üstünlükləri olan deyil, həm də Qara dənizə yükləri çatdıran marşrut barədə qarşılıqlı anlaşmadan başlayır.

Azərbaycan Avropaya təbii qazın çox mühüm tədarükçüsüdür, səkkiz ölkəyə qaz tədarük edir və ən azından yaxın gələcəkdə daha dördünü əlavə etməyə ümid edir. Bu, kritik buferdir. Avropa ölkələri Rusiya qazından üz döndəriblər. Bir çox ölkələrdə bu faizin necə sıfıra düşdüyünü görmüşük, gələn il Rusiyadan Moldovaya uzanan cənub boru kəmərlərindən biri Rusiya qazının tranzitini dayandırdıqda bəzi ölkələrdə bu faizin daha da aşağı düşəcəyini gözləyirəm. Azərbaycan ABŞ, Qətər və digər ölkələrdən gələn maye təbii qaz (MTQ) ilə yanaşı, Avropaya bu keçidi üçün lazım olan dayanıqlılığı təmin edən əsas elementdir. Bəs ABŞ necə kömək edə bilər? Birincisi, biz enerji tədarükçüsüyük, həmçinin bütün Avropada elektrik ötürücü xətlərin inkişafının təşviqində aktiv iştirak edirik", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti