...

Netanyahu hərbi-siyasi kabinetin iclasını çağırıb

Siyasət Materials 29 İyul 2024 00:27 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin Baş naziri Benyamin Netanyahu milli təhlükəsizlik məsələləri ilə bağlı nazirlərin iclasını çağırıb.

Trend xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.

Məlumata görə, əsas hökumət nazirlərinin iştirakı ilə Təl-Əvivdəki Kiriya kompleksində keçirilən görüş Livanla sərhəddəki vəziyyətlə bağlıdır.

Bundan əvvəl Netanyahu bildirib ki, “Hizbullah” hərəkatı Colan təpələrinə raket hücumuna görə böyük bədəl ödəyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti