...

Ermənistan Qərb dairələrinin təsiri altında bölgədə təxribatlar törədir - Sahil Kərimli

Siyasət Materials 16 Avqust 2024 15:43 (UTC +04:00)
Ermənistan Qərb dairələrinin təsiri altında bölgədə təxribatlar törədir - Sahil Kərimli
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan heç bir halda müstəqil bir ölkə deyil. O, Qərbin, Avropa İttifaqı Ölkələrinin təsiri altında bölgədə təxribatlar törədir.

Trend xəbər verir ki, bunu Arb24-ə açıqlamasında Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.

O qeyd edib ki, Ermənistanın silahlandırılması bugünün və ya dünənin işi deyil.

"Uzun müddətdir ki, yenidən Avropa İttifaqı ölkələri, Qərb dairələri Ermənistanın kütləvi şəkildə silahlandırılmasını həyata keçirir. Burada əsas məqsəd Cənubi Qafqazda sülhə və təhlükəsizliyə təhdid yaratmaqdır. Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra yaratdığı reallıqlar var və Azərbaycan bu reallıqları özü diktə edir. Bir sıra qərb dairələrinin əsas məqsədi Cənubi Qafqazda gərginlik yaratmaq və bundan faydalanaraq öz varlıqlarını qoruyub saxlamaq istəyidir. Ermənistanda bu cür təxribatçı oyunların bir parçası olur.

Bu gün Azərbaycan regionda dayanıqlı sülhə nail olmaq istəyir. Biz məqsədimiz odur ki, Ermənistanla dayanıqlı sülh əldə edək", - deyə S.Kərimli əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti