...

Belçikanın Konqoda rezin istismarı zamanı əldə etdiyi gəlirlər cəmiyyətə sosial zərbə olub - Siyasi xadim

Siyasət Materials 31 Oktyabr 2025 12:30 (UTC +04:00)
Belçikanın Konqoda rezin istismarı zamanı əldə etdiyi gəlirlər cəmiyyətə sosial zərbə olub - Siyasi xadim
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Təzminatlar həm də iqtisadi ədalətin bərpasına xidmət etməlidir. Məsələn, Belçikanın Konqoda rezin istismarı zamanı əldə etdiyi gəlirlər təkcə meşələrin məhv edilməsinə deyil, həm də cəmiyyətə ciddi sosial zərbələrə səbəb olub.

Trend xəbər verir ki, bu fikirləri siyasi xadim Andrea Kalubi Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Belçikanın müstəmləkə keçmişinə və onun hazırkı ağır fəsadlarına həsr olunmuş “Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” adlı beynəlxalq konfransda çıxışında deyib.

Kalubi qeyd edib ki, Belçikanın Konqoda rezin istismarı zamanı əldə etdiyi gəlirlər təkcə meşələrin məhv edilməsinə deyil, həm də cəmiyyətə ciddi sosial zərbələrə səbəb olub:

“O dövrdə təxminən 70 milyon frank dəyərində qazanc əldə olunmuşdu. Sözügedən məbləğ bu günün hesabı ilə təxminən 1,2 milyard avroya bərabərdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti