...

Zəngəzur dəhlizi Avrasiya nəqliyyat mənzərəsinə transformativ təsir göstərəcək - Hikmət Hacıyev

Siyasət Materials 1 Dekabr 2025 13:07 (UTC +04:00)
Zəngəzur dəhlizi Avrasiya nəqliyyat mənzərəsinə transformativ təsir göstərəcək - Hikmət Hacıyev
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Zəngəzur dəhlizi Avrasiya nəqliyyat mənzərəsinə transformativ təsir göstərəcək və Azərbaycan bu prosesdə önəmli rol oynayacaq.

Trend xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Belçikanın “EU Today” nəşrinə özəl müsahibəsində bildirib.

Hacıyev Bakının, o cümlədən Avropa İttifaqını o cümlədən, “Global Gateway” təşəbbüsü çərçivəsində bu yeni nəqliyyat strukturlarının bir hissəsi kimi görmək istədiyini bildirib.

O, dəhlizi Azərbaycanın “sülhü qazanmaq strategiyası”nın praktik tərkib hissəsi kimi təqdim edib: "Azərbaycan üçün müharibə bitib və münaqişə sona çatıb. Yerində sülhü möhkəmləndirməliyik və sülhün davamlı olmasını təmin etməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti