Bakı. Trend:
ATƏT Ermənistanla Azərbaycan arasındakı sülh prosesində müsbət irəliləyiş müşahidə edir.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Finlandiyanın Xarici İşlər naziri Elina Valtonen ATƏT-in Nazirlər Şurasının iclasında deyib.
"Avqust ayında biz Minsk Qrupunun strukturlarının ləğvi ilə bağlı konsensusa gəldik ki, bu, sülh prosesini dəstəkləyən və ATƏT-in büdcəsinin qəbul edilməsində böyük əngəli aradan qaldıran həyati əhəmiyyətli addım oldu", – deyə Valtonen bildirib.
Xatırladaq ki, ATƏT Minsk prosesini və onunla bağlı strukturları 30 noyabr 2025-ci il tarixində rəsmi olaraq ləğv edib.
Qeyd edək ki, Minsk Qrupu 1992-ci ildə Qarabağ münaqişəsinin sülh yolu nizamlanmasına dəstək məqsədilə Rusiya, ABŞ və Fransa həmsədrliyi ilə yaradılmışdı, lakin münaqişənin nizamlanmasına nail olmamışdı. Azərbaycan uzun müddət Ermənistanla rəsmi sülh sazişinə irəliləyiş üçün ilkin şərt kimi Minsk Qrupunun ləğv edilməsini tələb edirdi. Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirləri ATƏT sədri ilə (Minsk prosesinin bağlanması ilə əlaqəli) bağlı müraciət göndəriblər.
