...

TEST İMTAHANLARINI OĞURLAYIB SATANLARA HÖKM OXUNUB

Siyasət Materials 4 Avqust 2005 14:40 (UTC +04:00)

Avqustun 4-də Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Mansur İbayevin sədrliyi ilə ötən il test imtahanlarını oğurlayıb vətəndaşlara satmaqda təqsirləndirilən 16 nəfərin məhkəməsi başa çatıb.

Qeyd edək ki, qrupun tərkibi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının əməkdaşı, ali məktəb müəllimləri və polis əməkdaşlarından ibarət idi. Elan edilmiş hökmlə Aydın Cəfərov 3, Dadaş Balayev 3, polis əməkdaşları Mehdi İsmayılov 8, Şahin Vəliyev 8, TQDK əməkdaşı Taleh Məmmədov 8, Malik Quliyev 2, Akif Mirzəyev 2 il müddətinə azadlıqdan məhrum ediliblər.

Məhkəmə həmin test imtahanlarının hazır cavablarını satmaqda təqsirləndirilən digər qrup üzvləri Əhmədxan Şahbazov, Vüqar Hasilov, Südabə Axundzadə, Zaur Hacıyev, Ağalar Əliyev, Qulu Cəfərov, Ceyhun Nəcəfov, Yeganə Quliyeva və Mənzərxanım Pirəliyeva barəsində isə cərimə hökmü çıxarıb.

Xəbər lenti

Xəbər lenti