...

"MƏNİM ADIM HANI?" KAMPANİYASINA START VERİLİB

Siyasət Materials 9 Avqust 2005 20:22 (UTC +04:00)

"Azadlıq" seçki bloku avqustun 9-da "Mənim adım hanı?" adlı kampaniyaya start verib. Bu barədə Trend ə seçki blokundan məlumat verilib. Bu kampaniya vətəndaşların seçkici siyahılarında öz adlarını tapmasını, bunun üçün seçki məntəqələrinə gedib siyahını nəzərdən keçirməsini, adını tapmayacağı təqdirdə məntəqə, dairə və Mərkəzi Seçki Komissiyasına müraciət etməsini nəzərdə tutur.

"Azadlıq" blokunun seçicilərə ünvanlanan müraciətində deyilir ki, oktyabrın 1-ə kimi vətəndaşların adları seçici siyahılarına salınmasa, hüquqlarını məhkəmə yolu ilə müdafiə etmək məcburiyyətində qalacaqlar. Bu zaman isə əlavə get-gələ, süründürməçiliyə yol veriləcək, seçicilər problemlərlə üzləşəcək.

Bunun baş verməməsi üçün seçicilər "Mənim adım hanı?" kampaniyasına qoşulmağa çağırılır. Kampaniya rəsmən sentyabrın 1-dən başlayacaq və həmin gündən "Azadlıq" bloku seçici siyahılarında adlarını tapmayan seçicilərə bu işdə köməklik göstərməyi nəzərdə tutub.

Xəbər lenti

Xəbər lenti