"Azərbaycançı Qüvvələr Blokunda təmsil olunan Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Nacıağa Nuri namizədi olduğu 28 saylı Sabunçu 3-cü seçki dairəsində imzatoplama kampaniyasını başa vurub dünən sənədlərini dairə seçki komissiyasına təqdim edib" Bu barədə Trend ə AİP sədri məlumat verib.
H.Nuri həmçinin bildirib ki,  "Yeni Siyasət" blokundan "Azərbaycançı Qüvvələr" blokuna (AQB) əməkdaşlıqla bağlı edilən müraciət bir müddət cavabsız qalacaq. 
Səbəb AQB-yə daxil olan  partiya rəhbərlərinin namizədi olduğu dairələrdə imzatoplama kampaniyasını aparmalarıdır: "Onların bu kampaniyanı nə vaxt başa vuracaqları isə məlum deyil"
AİP sədri onu da vurğulayıb ki,  vaxtilə Azərbaycançı Qüvvələr Birliyində təmsil olunan ASDP-nin "Yeni Siyasət"ə qoşularaq birliyə "xəyanət" etməsi ilə bağlı məsələnin müzakirəsi hələ gündəliyə salınmayıb: "Bu barədə söhbətlər təxribat xarakteri daşısa da müzakirəsini seçkilərdən sonraya saxlamışıq".
