...

RAUF DENKTAŞ: MƏN BU GÜNÜ ÖMRÜM BOYU GÖZLƏMİŞƏM

Siyasət Materials 29 Avqust 2005 10:43 (UTC +04:00)
RAUF DENKTAŞ: MƏN BU GÜNÜ ÖMRÜM BOYU GÖZLƏMİŞƏM

"Mən Azərbaycana gələcəyim günü ömrüm boyu gözləmişəm". Trend in xəbər verdiyi kimi, bu barədə avqustun 26-da Binə hava limanında Şimali Kipr Türk Cümhuriyyətinin birinci prezidenti Rauf Denktaş bildirib.

Onun sözlərinə görə, ŞKTC-nin təcrid olunmasını aradan qaldırmaq və dünya dövlətləri ilə diplomatik əlaqələr qurmaq üçün vaxt lazımdır. "Hər şey tədricən və mərhələ-mərhələ baş verir. Hər şeyə nail olmaq mümkündür. Dövlət işlərində isə səbr böyük əhəmiyyətə malikdir", - deyə ŞKTC-nin banisi vurğulayıb.

Lefkoşa və Bakı arasında ikitərəfli əlaqələrin inkişafı məsələsinə toxunaraq Rauf Denktaş qeyd edib ki, Azərbaycan və Şimali Kipr xalqları arasında isti münasibətləri möhkəmləndirmək lazımdır.

ŞKTC-nin birinci prezidenti həmçinin onu da bildirib ki, Bakıya səfəri çərçivəsində Azərbaycanın rəsmi şəxsləri ilə danışıqlar aparılacaq.

Xəbər lenti

Xəbər lenti