...

DAXİLİ İŞLƏR NAZİRİ DÖVLƏT YOL POLİSLƏRİ İLƏ GÖRÜŞÜB

Siyasət Materials 1 Sentyabr 2005 21:00 (UTC +04:00)

Sentyabrın 1-də Azərbaycan Respublikasının Daxili İşlər Naziri Ramil Usubov Respublika Baş Dövlət Yol Polisi İdarəsində DYP-nin şəxsi heyəti ilə görüşüb. Trend məlumat verir ki, görüş zamanı nazir bir gün əvvəl Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan daxili işlər orqanları əməkdaşlarının məvaciblərinin artırılmasına münasibət bildirib.

R.Usubov Prezidentin bu addımını onun ölkədə apardığı iqtisadi siyasətin uğurlarından biri kimi qiymətləndirib.

Nazir qeyd ğedib ki, müvafiq sərəncamla yol polisinin məvacibi 5-7 dəfə artırılıb. R.Usubov yol polislərinin nəzərinə onu da çatdırıb ki, məvacibloərin artırılmasında məqsəd rüşvətxorluğun qarşısını almaqdır.

Polis də göstərilən bu diqqət müqabilində öz vəzifəsinin öhdəsindən vicdanla gəlməlidir. "Məvaciblərin artırılması bununla bağlıdır ki, yol polisi əməkdaşı "aliəmi dolandıra bilmirəm" deyib neqativ hallara yol verməsin".

Bundan əlavə, nazir yol polisləri qanunlara hörmətlə yanaşmağa və vətəndaşlarla davranışda diqqətli olmağa çağırdı. Nazir qeyd etdi ki, yol polislərinə diqqət bununla bitməyəcək və gələcəkdə də Prezident İlham Əliyevin uğurlu iqtisadi proqramları çərçivəsində davam edəcək.

Sonda nazir DYP əməkdaşlarının nəzərinə çatdırıb ki, artıq bir neçə gündür ki, Daxili İşlər Nazirliyində (DİN) qaynar xətt yaradılıb və hr bir vətəndaşın DYP tərəfindən qarşılaşdığı qanunsuzluqla əlaqədar həmin xəttə müraciət etmək imkanı olacaq.

Xəbər lenti

Xəbər lenti