Milli Məclisin sədri Murtuz Ələsgərov sentyabrın 5-da ölkəmizdə səfərdə olan ATT-inq fəaliyyətdə olan sədri, Sloveniyanın xarici işlər naziri Dmitri Rupeli qəbul etmişdir. M.Ələsgərov qonaqları salamladıqdan sonra demişdir ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bir çox ölkələrlə, o cümlədən Sloveniya ilə diplomatik əlaqələr qurmuş və bu əlaqələr buu gün də uğurla inkişaf edir. Sizin ikinci dəfə Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən bir dövrdə səfəriniz bizim üçün olduqca vacibdir.
Ümid edir ki, sizin səfəriniz və keçirdiyiniz görüşlər Azərbaycan haqqında dlaha dolğun və ətraflı məlumat toplamağa imkan verəcəkdir. Sonra M.Ələsgərov bu ilin noyabrında parlamentə keçiriləcək seçkilərlə bağlı məlumat verərək qeyd etdi ki, ilk dəfədir ki, seçkilərdə 2 mindən çox adamın deputatlığa namizədlimyi qeydə alınmışdır.
Bu onu göbstərir ki, bu seçkilər demokratik və şəffaf keçiriləcəkdir. Namizədlər hər biri üçün istənilən münbit şərait yaradılmışdır. Onlar öz təbliğatlarını istədikləri kimi qura biləcəkdllər.
Sonra M.Ələsgərov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəçi barədə ətraflı məlumat verdi və qeyd etdi ki, biz istərdik ki, ATƏT və onun parlament Assambleyası kimi qəti mövqe nümayiş etdirsin və münaqişənin həlli ilə bağlı qəti addımlar atsın.
Azərbaycana gələn nümayəndələr 5-6 məhbusla maraqlanırlar,amma milyondan çox qaçqın və məcburi köçkünün taleyini düşünmək istəmirlər. İstərdik ki, sizin yaxından iştirakınız və kömənyinizlə münaqişəni tezliklə həll edək.
Onu da qeyd edim ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə tərəfdardır, amma öz torpaqlarını heç kimə güzəştə getməyəcək və onu bütün mümkün vasitələrdən istifadə edərək azad etməyə çalışacaqdır.Səmimi qəbul üçün minnətdarlıq edən D.Rupel demişdir ki, Azərbaycanda keçirdiyi görüşlərdən çox məmnundur. O qeyd etmişdir ki, hazırda dünyadla bir sıra proseslər baş verir.
Böyük dövlətlər parçalanır, bəzən kiçik dövlətlər isə daha da möhkəmlənirlər. Bu zaman bir sıra münaqişələr də yaranır. Dağlıq Qarabağ, Abxaziya və Kosovodakı kimi müxtəlif münaqişələr yaranmışdır, bu təəssüf doğurur. Biz çalışmalayıq ki, münaqişə tezbir zamnda öz ədalətli həllini tapsçın.
Hazırda münaqişənin həlli ilə bağlı dlanışıqların davam etdirilməsi bizdə nikbilik yaradır. ATƏT Dağlıq Qarabağ münaqişəsinə çox diqqtlə yanaşır və problemin tezliklə həlli üçn bütün səyylərini artıracaqdır. Mən seçkilərə hazırlıqla bağlı bəzit fikirləri öyrəndim.
Bizim üçün kimin və ya hınsı partiyanın qalib gələcəyi əsas deyil. Biz bu seçkilərin azad və demokratik keçirilməsini istəyirik və ümid ediri ki, siz seçkilərlə bağlı verdiyiniz vədə əməl edəcəksiniz.
Sonra D.Rupel M.Ələsgərova nvöəti parlamenti necə görürsünüz, müxalifətin necə təmsil olunacağını proqnozlaşdırırsınız sualı ilə müraciət etdi. M.Ələskərov demişdir ki, biz əlbəttə demokratikləşmənin tərəfdarıyıq. Hər bir yenilik bizim üçün əsasdır.
Biz seçkiləri demokratik keçirmək əzmindəyik, amma bəzi qüvvələr seçki başa çatmamış tmüxtəlif bəyanatlarla çıxış edirlçr. Seçkiləri izləmək üçün çoxlu sayda müşahidəçi dəvət etmişik.
Onların içərisində ATƏT-in də nümayəndəlri də var. Ümid edirəm ki, siz seçkilər başa çatdıqdan sonra özününz hər şeyi real görəcək və bu prosesin demokratik, şəffaf keçirildiyinin şahidi olacaqsınız. Sonra görüş bağlı qapılar arxasında davam etmişdir.