...

"AZADLIQ" BLOKUNUN İKİNCİ QRUP NAMİZƏDLƏRİ ACLIQ AKSİYASINA BAŞLAYIB

Siyasət Materials 3 Oktyabr 2005 16:15 (UTC +04:00)

"Azadlıq" blokunu təmsil edən deputatlığa namizədlərin aclıq aksiyası davam edir. Trend in məlumatına görə, sentyabrın 30-dan aclıq keçirən 6 nəfər namizəd oktyabrın 3-dən digər namizədlərlə əvəz olunub. Belə ki, Rauf Arifoğlu, Fuad Mustafayev, Kamil Vəli Nərimanoğlu, Aydın Quliyev, Qabil Hüseynli, Elbrus Quliyev 3 gündür keçirdikləri aclıq aksiyasını dayandırıblar. Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahında keçirilən aclıq aksiyasını oktyabrın 3-dən blokun ikinci qrup namizədləri davam etdiriblər.

Onlar 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizəd İlham Hüseynli, 30 saylı Suraxanı birinci seçki dairəsindən namizəd Vurğun Əyyub, 41 saylı Sumqayıt birinci seçki dairəsindən namizəd İkram İsrafilov, 54 saylı Dəvəçi-Siyəzən dairəsindən Bahəddin Həziyev, 61 saylı Saatlı-Sabirabad-Kürdəmir dairəsindən Əlihüseyn Rəhimov, 102 saylı Samux-Şəmkir dairəsindən namizəd Elman Mövsümovdur. 3 gündən sonra bu şəxslərin aclıq aksiyasını üçüncü qrup namizədlər əvəz edəcək.

Namizədlərin bu aksiyası seçkilərin şəffaf, ədalətli keçirilməsi, demokratik seçki mühiti yaradılması tələblərini ictimaiyyətə və hakimiyyətə çatdırmaq məqsədi daşıyır.

Xəbər lenti

Xəbər lenti