...

ŞON VU: DEMOKRATİK SEÇKİLƏRİN ƏSAS AMİLİ XARİCİ QÜVVƏLƏRİN TƏSİRİ YOX, XALQIN İRADƏSİDİR

Siyasət Materials 5 Oktyabr 2005 11:40 (UTC +04:00)

"Ədalətli və demokratik seçkilərin əsas amili xarici qüvvələrin təsiri yox, xalqın iradəsi və etimadıdır". Azərbaycan XİN-nin mətbuat mərkəzindən Trend ə verilən məlumata görə, bu barədə ABŞ-ın Helsinki Komissiyası aparatının rəhbəri Şon Vu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə bəyan edib.

Rəhbərlik etdiyi komissiyanın həmsədri senator Sem Braunbekin salamlarını çatdıran Şon Vu bildirib ki, Azərbaycanda keçiriləcək parlament seçkilərinə Amerikada böyük maraq var və hadisələr diqqətlə izlənilir.

Azərbaycanda seçkiqabağı vəziyyətə toxunan nazir bildirib ki, ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün bütün şərait yaradılıb. 2000 nəfərin namizədliyi qeydiyyata alınıb. Təkcə bu fakt Azərbaycan vətəndaşlarnın azad və ədalətli seçkilərin keçiriləcəyinə olan inamının əyani göstəricisidir.

E.Məmmədyarov onu da vurğulayıb ki, növbəti 5 il ölkə üçün vacib inkişaf dövrü olacaq. Onun sözlərinə görə, aparılan islahatlar nəticəsində əhalinin sosial-iqtisadi vəziyyəti yaxşılaşıb, lakin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin uzanması ölkənin ümumi inkişafına mane olur.

Qarşılıqlı maraqları əhatə edən bir sıra məsələlərin müzakirə olunduğu görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş demokratiyaya aparan yolda Azərbaycanın müəyyən uğurlar əldə etdiyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti