...

AŞPA-nın Monitorinq Komitəsinin iclasında Azərbaycandakı seçkiylə bağlı məruzələr dinləniləcək

Siyasət Materials 22 Noyabr 2005 15:46 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin növbəti iclasında Azərbaycanla bağlı məsələlərin müzakirə olunması gözlənilir. Bu barədə Trend ə AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə məlumat verib.

Qeyd edək ki, hazırda Gürcüstanda olan A.Mollazadə noyabrın 23-də Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin iclasında iştirak etmək üçün Tiflisdən Parisə gedəcək.

Monitorinq Komitəsinin iclasında bir sıra məsələlər müzakirə olunacaq, həmçinin, qurumun 2006-cı il üçün iş planı təsdiqlənəcək. Bundan əlavə, 6 noyabrda Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı məsələnin də müzakirələri aparılacaq.

Xəbər lenti

Xəbər lenti