...

YAP Heydər Əliyevin vəfatının ikinci ildönümü ilə bağlı konfrans keçirib

Siyasət Materials 12 Dekabr 2005 16:49 (UTC +04:00)

"Yeni Azərbaycan Partiyası (YAP) dekabrın 12-də Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin vəfatının ikinci ildönümü ilə bağlı "Avropa" otelində "Heydər Əliyev ideyaları: Azərbaycanın bu günü və gələcəyi" mövzusunda elmi-praktik konfrans keçirib". Trend xəbər verir ki, konfransda digər partiya rəhbərləri və müstəqil deputatlar da iştirak edib.

Konfransı açan YAP-ın icra katibi Əli Əhmədov Heydər Əliyevin siyasəti və ideyalarının xalqa verdiyi və verəcəyi töhfələrdən danışıb. Çıxış edən YAP-ın sədr müavini, millət vəkili Murtuz Ələsgərov, partiyanın İdarə Heyətinin üzvü Şahlar Əsgərov, parlamentin komissiya sədrləri Hadı Rəcəbli, Eldar İbrahmov və digərləri Heydər Əliyev ideyalarının Azərbaycanın gələcəyi üçün önəmli olduğunu və bu ideyaların Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayaraq, Heydər Əliyev siyasətinin Azərbaycanın müstəqilliyi və demokratiyası üçün önəmli amillərdən olduğunu bildiriblər.

Xəbər lenti

Xəbər lenti