...

Elçin Quliyev: Azərbaycandan yanacağın qanunsuz çıxarılmasına cəhdlər əsasın Gürcüstan istiqamətdən müşahidə olunur

Siyasət Materials 20 Yanvar 2006 14:50 (UTC +04:00)
Elçin Quliyev: Azərbaycandan yanacağın qanunsuz çıxarılmasına cəhdlər əsasın Gürcüstan istiqamətdən müşahidə olunur

Sərhəd xidmətinin şəxsi heyətinin səyləri hər ay Azərbaycandan yanacağın çıxarılması ilə bağlı bir neçə cəhdin qarşısını alır. Trend in "Space" telekanalına istinadən yaydığı xəbər görə, bu barədə yanvarın 20-də Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev məlumat verib.

"Belə faktlar əsasən Gürcüstanla olan dövlət sərhəddi rayonunda müşahidə olunur", -deyə E.Quliyev bildirir.

Azərbaycanın sərhəd xidmətinin rəisi eləcə də ölkəyə quş ətinin gətirilməsinə nəzarətlə bağlı vəziyyətə də aydınlıq gətirib. Onun sözlərinə görə, ölkəyə qanunsuz quş əti gətirilməsinə cəhdlərlə bağlı faktlar ölkənin İran və Gürcüstanla sərhəddində qeydə alınıb. "Biz "quş qripi"nin yayılmasının qarşısının alınması çərçivəsində tədbirlər həyata keçirən dövlət orqanlarına zəruri kömək göstəririk", -deyə Elçin Quliyev bildirib.

Xəbər lenti

Xəbər lenti