...

Əvəz Ələkbərov: Azərbaycan hökuməti xarici borclarla bağlı strategiyanı yenidən nəzərdən keçirir

Siyasət Materials 10 Fevral 2006 13:27 (UTC +04:00)
Əvəz Ələkbərov: Azərbaycan hökuməti xarici borclarla bağlı strategiyanı yenidən nəzərdən keçirir

Ölkənin daxili ehtiyatlarının artması ilə əlaqədar Azərbaycan hökuməti xaricdən böyük məbləğdə borc götürmək nimyyətində deyil. Trend in məlumatına görə, bu barədə fevralın 10-da Maliyə Nazirliyinin yeni www.maliyye.gov.az, www.finance.gov.az İnternet saytının təqdimatı mərasimində həmin idarənin rəhbəri Əvəz Ələkbərov bəyan edib. Onun sözlərinə görə, ilk növbədə, dövlət nəzarəti ilə verilən beynəlxalq kreditlərin iştirakında dövlət payının artırılması tələb olunur. Əvvəllər imkanların məhdudluğu üzündən hər bir layihədə iştirak payı 5-10% civarında idi. Bundan sonra isə bunu 50 %-ə çatdırmaq planlaşdırılır.

Hərçənd ki, nazirin fikrincə, digjər ölkələrin təcrübəsindən çıxış edərək Azərbaycanın xarici borcları xeyli aşağıdır və ÜDM-da 20%-dən artıq deyil. Bu arada xarici borcların cəlb edilməsi siyasətinə də yenidən baxılacaq.

Digər tərəfdən bir çox layihələrin daxili vəsaitlərin hesabına həyata keçirilməsi nəzərdə tutulub. Azərbaycan hökuməti artıq 2006-cı ildə modul stansiyaların tikintisinə 310 mln. avro ayırmaq barədə qərar qəbul edib. Ə.Ələkbərov həmçinin, bir sıra xarici borcların vaxtından əvvəl ödəniləcəyinin mümkünlüyünü də istisna etməyib. Bu, BVF, DB-nın kreditləri ola bilər. Lakin dövlət zəmanəti ilə kreditlərin cəlb edildiyi dövlət təşkilatlarına gəldikdə, onlara həmin təşkilatlar özləri xidmət göstərməlidirlər. BVF-nun kreditləri praktiki olaraq 50% qaytarılıb və yerdə $212-215 mln. qalıb. Lakin xarici banklarda valyuta depozitlərinin illik 2-2,5% civarında dövr etdiyi halda onlar illik 0,5 % dərəcə üzrə ayrıldığı üçün sərfəli kreditlərdir. DB-nın kreditləri uzunmüddətli xarakterdə olduğu üçün ölkə üçün daha sərfəlidir. Onlar illik 0,75 % dərəcə üzrə 35-40 il üçün nəzərdə tutulub. "Ona görə də biz əvvəlcə onların ödənmə müddətindən qabaq qaytarılmasının nə dərəcədə əlverişli olmasını analiz etməliyik. Bizim fikrmiz ondan ibarətdir ki, Azərbaycanın bu il daxili ehtiyatları daha da artacaq və odur ki, xarici borcların strukturuna yenidən baxmaq və qaytarmaq mümkündür. Ümumi strategiya belədir ki, xarici borcların alınmasına səthi yanaşmaq olmaz və vəsaiti cəlb etməzdən əvvəl onu analiz etmək və kreditləri yalnız ölkə üçün strateji əhəmiyyətə malik layihələr, o cümlədən, infrastruktur layihələr üçün almaq lazımdır", - deyə maliyyə naziri qeyd edib.

Xarici kreditlərdən gələn səmərə beynəlxalq tenderlərin keçirilməsindən ibarətdir və BVF-nun özünün yaxşı yanaşmanın və böyük təcrübənin istifadəsində maraqlı olmasındadır. Ümumilikdə, nazir ölkənin xarici borclarla bağlı olan vəziyyətini yaxşı qiymətləndirib. O, bir sıra ölkələrdə xarici borcların xüsusi çəkisinin ÜDM-da 70-80%-ə çatdığını, Azərbaycanda isə 15-16 % olduğunu və heç vaxt 19%-i ötmədiyini bildirib.

Xəbər lenti

Xəbər lenti