Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədr müavini Cəmil Həsənli fevralın 27-də Mərkəzi Seçki Komissiyasından (MSK) deputat seçilməsi haqqında vəsiqəsini götürüb. Bu barədə Trend ə MSK-dan məlumat verilib. Beləliklə, Cəmil Həsənli AXCP-nin parlamentdə təmsil olunmaqdan imtina barədə qərarının əleyhinə addım ataraq, deputat mandatına sahib çıxdı və parlamentin iclaslarında iştirak etməyə qərar verdi.
Qeyd edək ki, Cəmil Həsənli 18 saylı Nərimanov-Nizami seçski dairəsindən Milli Məclisə deputat seçilib.
AXCP sədri Əli Kərimli isə bildirib ki, Milli Məclisdə təmsil olunmaq və təkrar seçkidə iştirak etmək istəyən partiya üzvləri artıq AXCP-nin adını daşıya bilməzlər. Onlar parlamentin işində və təkrar seçkidə fərdi qaydada iştirak edə bilərlər.