...

ADP-nin qərargahında BMT nümayəndələri ilə müzakirə olunub

Siyasət Materials 1 Mart 2006 14:39 (UTC +04:00)

Azərbaycan Demokrat Partiyası sədrinin birinci müavini Sərdar Cəlaloğlu partiyanın qərargahında BMT nümayəndələri ilə görüşüb. Trend xəbər verir ki, görüşdə Azərbaycanda vicdan azadlığı, dini konfessiyaların fəaliyyəti, dini əsasda konfliktlərin olması ehtimalı BMT nümayəndələri ilə müzakirə olunub.

S.Cəlaloğlu Azərbaycan cəmiyyətinin din və vicdan azadlıqlarına tolerant yanaşdığını xarakterizə edərək ölkədə dini zəmində konflikt ehtimalının çox aşağı olduğunu bildirib.

Görüşdə BMT-nin insan hüquqları komissiyasının dini azadlıqlar üzrə xüsusi proqramının rəhbəri Asma Jahangir, insan hüquqları komissiyasının ofis rəhbəri Anthoni Kardon de Lixtbner və BMT-nin insan hüquqları üzrə Ali Komissarlığı Azərbaycanda insan hüquqları üzrə layihənin proqramm müşaviri Teymur Məlik-Aslanov iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti