...

Bu gün Azərbaycanın xalq artisti Əliabbas Qədirovla vidalaşma mərasimi keçiriləcək

Siyasət Materials 9 Mart 2006 12:41 (UTC +04:00)

Martın 9 -da saat 13.00-dan 15.00-a kimi Azərbaycanı Dövlət Akademik Milli Dram teatrının binasında Azərbaycanın milli teatr və milli kino incəsənətinin tanınmış nümayəndəsi, xalq artisti Əliabbas Qədirovla vida mərasimi keçiriləcək. Ə.Qədirov martın 8-də 61 yaşında vəfat edib.

Trend in məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə, parlamentin spikeri Oqtay Əsədov, prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər bu hadisə ilə bağlı yayılan nekroloqu imzalayıblar.

Nekroloqda qeyd edilir ki, Ə.Qədirov tərəfindən yaradılan müxtəlif obrazlar bizim teatr mədəniyyətimizin tarixinə həmişəlik daxil olub. Öz aktyorluq peşəsinə sadiq olan Ə.Qədirov teatr aləminə daxil olduğu andan gözəl ifaçılıq məharəti ilə özünü istedadlı aktyor kimi göstərmiş, yüksək səhenə mədəniyyəti ilə incəsənəti sevərlərin qəlbinə yol tapa bilib.

Əliabbas Qədirovun milli kino və teatr mədəniyyətinin inkişafı sahəsində xidmətləri yüksək qiymətləndirilib. Müxtəlif illərdə dövlət mükafatlarına və fəxri adlara, müstəqil Azərbaycanın yüksək mükafıatı olan "Şöhrət" ordeninə layiq görülüb.

Xəbər lenti

Xəbər lenti