...

BAXCP İdarə Hyətinin iclası keçirilib

Siyasət Materials 13 Mart 2006 15:14 (UTC +04:00)

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Azərbaycanla Türkiyə arasında qarşılıqlı hərbi əməkdaşlıq haqqında sazişin imzalanmasını vacib hesab edir. Trend xəbər verir ki, bu barədə məsələ adıçəkilən partiyanın İdarə Heyətinin martın 13-də keçirilən iclasında müzakirə olunub.

İcalsda qeyd olunub ki, Türkiyə ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə əməkdaşlıq qurulduğundan hərbi əməkdaşlıqla bağlı da müqavilə imzalanmalıdır. Bu sənəd Ermənistanla Rusiya arasında bağlanan sazişə uyğun bir sənəd olmalıdır. İclasda eyni zamanda o da vurğulanıb ki, Azərbaycan NATO ilə Fərdi Əməkdaşlıq Proqrammı çərçivəsində əməkdaşlığını genişləndirməli və quruma üzv olmaq üçün səylərini artırmalıdır.

BAXCP İdarə Heyətinin üzvləri ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı son hesabatı və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqların durumuyla bağlı də geniş müzakirələr aparıblar.

Xəbər lenti

Xəbər lenti