...

Əli Abbasov: Azərbaycanın efir məkanını qorumaq üçün yayımın infrastrukturunu dəyişdirmək zəruridir

Siyasət Materials 3 Aprel 2006 12:27 (UTC +04:00)
Əli Abbasov:  Azərbaycanın efir məkanını qorumaq üçün yayımın infrastrukturunu dəyişdirmək zəruridir

Azərbaycanın efir məkanını qorumaq üçün yayımın infrastrukturunu dəyişdirmək zəruridir. Trend in məlumatına görə, bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.

Onun sözlərinə görə, infrastrukturun dəyişdirilməsi teleradio siqnallarının dəyişdirilməsi üçün zəruri yerlərdə ( müəyyən yüksəkliklərdə) müəyyən gücə malik ötürücülərin quraşdırılması deməkdir. " Efir məkanına xarici telekanalların müdaxiləsinin qarşısını almaq üçün bütün kanalların məhz həmin teledaiokanallarla məşğul olması üçün yeni ötürücülər quraşdırmaq, köhnələrini təmir etmək lazımdır", - deyə o bildirib.

"Yalnız bu işləri həyata keçirməklə biz teleradiokanalların müdafiəsinə zəmanət verə və yayımın keyfiyyətini yaxşılaşdıra bilərik", - deyə nazir qeyd edib.

Bu zaman Ə.Abbasov hesab edir ki, texniki genişlənməni həyata keçirmək üçün əlavə vəsait lazım olacaq.

Xəbər lenti

Xəbər lenti