...

Bəşir Atalay: Türkiyənin baş naziri Bakıda İƏT ölkələri başçıları ilə bir sıra ikitərəfli görüşlər keçirəcək

Siyasət Materials 20 Aprel 2006 11:22 (UTC +04:00)
Bəşir Atalay: Türkiyənin baş naziri Bakıda İƏT ölkələri başçıları ilə bir sıra ikitərəfli görüşlər keçirəcək

Türkiyənin dövlət naziri Bəşir Atalay ölkənin baş naziri Rəcəb Tayib Ərdoğanın Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının dövlət və hökumət başçılarının sammitində iştirak edəcəyini təsdiqləyib. Trend in Türkiyə KİV-nə istinadən xəbər verdiyi kimi, B.Atalay bildirib ki, sammit çərçivəsində, həmçinin, bir sıra ikitərəfli görüşər də planlaşdırılır.

Bakıda R.T.Ərdoğanın İran prezidenti Mahmud Əhmədinecatla görüşüb-görüşməyəcəyi ilə bağlı KİV nümayəndələrinin sualına cavab verən dövlət naziri qeyd edib ki, Türkiyə Nazirlər Kabineti başçısının ikitərəfli görüşlər planı üzərində iş hələ davam edir.

Bununla yanaşı, İranın Azərbaycandakı səfiri Əfşar Süleymani jurnalistlərlə söhbətində İran prezidentinin İƏT ölkələrinin liderləri ilə bir sıra ikitərəfli görüşlər keçirmək niyyətini təsdiqləyib. "Biz İƏT ölkələri liderlərinə bir sıra ikitərəfli görüşlərin keçirilməsi təklifi ilə müraciət etmişik", deyə səfir bildirib.

Görüş mayın 4-5-də Bakıda keçiriləcək.

Qeyd edək ki, İƏT-in yaradılmasına dair saziş 14 sentyabr 1996-cı ildə İzmirdə Türkiyə, İran və Pakistan nümayəndələri arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə imzalanıb.

Xəbər lenti

Xəbər lenti