...

AXCP növbəti qurultayını keçirəcək

Siyasət Materials 20 Aprel 2006 12:54 (UTC +04:00)

Bu il Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) növbəti qurultayı keçiriləcək. Bu barədə Trend ə AXCP sədrinin birinci müavini Fuad Mustafayev məlumat verib. O bildirib ki, qurultaya hazırlıq işlərinə start verilib və hazırda bu prosesin ilkin mərhələsi dövrüdür.

Fuad Mustafayevın sözlərinə görə, qurultayda AXCP-nin rəhbərliyi seçiləcək, partiyanın gələcək fəaliyyət istiqamətləri, növbəti mərhələyə dair planları müəyyənləşəcək.

AXCP funksioneri deyib ki, qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi artıq yaradılıb və yerli təşkilatların konfranslarında müzakirəyə çıxarılacaq məsələlər, təşkilati işlər barədə müzakirələr aparılır.

Xəbər lenti

Xəbər lenti