...

Mayın 10-12-də Koreya Respublikasının prezidenti Azərbaycana səfər edəcək

Siyasət Materials 26 Aprel 2006 11:35 (UTC +04:00)
Mayın 10-12-də Koreya Respublikasının prezidenti Azərbaycana səfər edəcək

Mayın 10-12-də Koreya Respublikasının prezidenti Ro Mu Xyun Azərbaycana rəsmi səfər edəcək. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Koreyanın Azərbaycandakı müvəqqəti işlər üzrə müvəkkili Lyu Kvanq Çul bəyan edib ki, koreyalı iş adamları bu ölkəyə böyük maraq göstərir.

Onun sözlərinə görə, koreyalı iş adamları neft, telekommunikasiya, nəqliyyat, qızıl mədənlərinin mənimsənilməsi sahələrində Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verir.

O, əmin olduğunu vurğulayıb ki, bu il Koreyada Azərbaycan-Koreya mədəniyyət Assosiasiyası (SEBA) tərəfindən keçiriləcək Azərbaycan mədəniyyət günləri xalqlarımız arasında mədəni əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcək.

Xəbər lenti

Xəbər lenti