...

Saat 17.00-dək 10 dairə üzrə 123056 nəfər (31,46 %) səsvermədə iştirak edib

Siyasət Materials 13 May 2006 18:26 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) "Seçkilər" İnformasiya Mərkəzində mayın 13-də Azərbaycanda keçirilən təkrar parlament seçkilərində saat 17.00-dək seçicilərin fəallığına dair məlumatlar açıqlanıb. Trend in məlumatına görə, "Seçkilər" İnformasiya Mərkəzinin direktoru İqbal Babayev növbəti hesabat saatında mətbuat konfransı keçirib.

O, bildirib ki, saat 17.00-dək artıq 123 min 56 nəfər - yəni 10 dairə üzrə seçicilərin ümumi sayının 31,46 faizi səsvermədə iştirak edib.

Saat 17.00-dək ayrı-ayrı dairələr üzrə səsvermənin nəticələrinə gəldikdə 9 saylı Binəqədi ikinci seçki dairəsində seçicilərin 16,03 faizi (6092 nəfər ), 31 saylı Suraxanı ikinci seçki dairəsində 22,61 % (8549), 38 saylı Gəncə-Nizami ikincidə 29,94% (10061), 42 saylı Sumqayıt ikincidə 38,9,% (16945), 44 saylı Sumqayıt-Abşeronda 29,16% (12317), 69 saylı Cəlilabad-Masallı-Biləsuvar dairəsində 33,88 % (13471), 103 saylı Gədəbəydə 30,09% (11010), 106 saylı Tovuz-Qazax-Ağstafada 26,95 % (11118), 110 saylı Zaqatalada 51,88% (21752), 119 saylı Ağdam kənd seçki dairəsində 32,42 % (11641 nəfər) səsvermədə iştirak edib.

Ümumilikdə təkrar seçkilərin keçirildiyi 10 dairə üzrə 391 min 109 nəfər seçici seçicilər siyahısında qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti