Milli Məclisin Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri bolqar həmkarlarının dəvəti ilə mayın 15-dən 18-dək Sofiyada səfərdə olacaqlar. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətinedən bildiriblər.
Səfər çərçivəsində keçiriləcək görüşlərdə, parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq.
Milli Məclisin deputat qrupuna hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov, deputatlar Ağacan Abiyev, Rauf Əliyev və Elman Məmmədov daxildir.