13 mayda 10 dairə üzrə Milli Məclisə keçirilmiş təkrar seçkilərdə səsvermənin ilkin nəticələri artıq Mərkəzi Seçki Komissiyasının "Seçkilər" İnformasiya Mərkəzi tərəfindən açıqlanıb. Trend in məlumatına görə, 10 dairə üzrə bütün məntəqələrin protokolları daxil olub və namizədlərin səs faizləri tərtib edilib.
"Seçkilər" İnformasiya Mərkəzinə daxil olan yekun rəqəmlərə görə, 9 saylı Binəqədi ikinci seçki dairəsindən bitərəf namizəd Rafail Cəbrayılov, 31 saylı Suraxanı ikinci seçki dairəsindən YAP-ın namizədi Əhməd Vəliyev, 38 saylı Nizami-Gəncə ikinci seçki dairəsindən bitərəf namizəd Asəf Hacıyev, 42 saylı Sumqayıt ikinci seçki dairəsindən YAP-çı namizəd Məcid Kərimov, 44 saylı Sumqayıt-Abşeron dairəsindən bitərəf Baba Tağıyev, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının nümayəndəsi Fəzail İbrahimli, 103 saylı Gəbədəy dairəsindən YAP-çı Rafiq Məmmədhəsənov, 106 saylı Tovuz-Qazax-Ağstafa dairəsindən Ədalət Partiyasının nümayəndəsi İlyas İsmayılov, 110 saylı Zaqatala dairəsindən YAP-ın üzvü Hikmət Atayev və 119 saylı Ağdam kənd seçki dairəsindən YAP-ın nümayəndəsi Bəxtiyar Sadıqov rəqiblərini geridə qoyaraq önə çıxıblar. Bu göstəriciləri səs faizləri ilə cədvəl şəklində təqdim edirik.
13 may təkrar parlament seçkilərinin yekun göstəriciləri
Dairənin adı |
Seçicilərin sayı |
Səsvermədə iştirak edib |
Lider namizədin adı |
Topladığı səs faizi |
Hesabat vermiş məntəqələr |
37993 |
19.07 % |
31.87 % |
30/30 | ||
38254 |
27.16 % |
72.55 % |
28/28 | ||
33606 |
33.42 % |
62.60 % |
25/25 | ||
43564 |
43.34 % |
81.80 % |
37/37 | ||
42244 |
35.48 % |
64.77 % |
30/30 | ||
39760 |
38.98 % |
49.28 % |
37/37 | ||
36596 |
34.11 % |
56.64 % |
36/36 | ||
41252 |
32.87 % |
71.14 % |
35/35 | ||
41928 |
59.30 % |
65.02 % |
41/41 | ||
35912 |
37.66 % |
63.03 % |
44/44 |