İyunun 3-də Çin Xalq Respublikasına edəcəyi səfər çərçivəsində Azərbaycan DİN Daxili Qoşunlarının (DQ) komandanı Zakir Həsənov DQ-nin həmin ölkədə təhsil alan zabitləri ilə görüşəcək. Bu barədə Trend ə Daxili Qoşunların beynəlxalq əməkdaşlıq idarəsindən məlumat verilib.
H.Həsənovun Çinə səfəri Çin Xalq Respublikasının (ÇXR) Silahlı Milis Qüvvələrinin komandanının dəvəti ilə gerçəkləşəcək. Səfər çərçivəsində həmçinin Z.Həsənovun ÇXR Silahlı Milis Qüvvələrinin təlim tədris mərkəzi və digər idarələri ilə tanışlığı, o cümlədən müxtəlif görüşləri də planlaşdırılıb. Bu görüşlərdə Azərbaycanla Çinin
müvafiq qurumları arasında qarşılıqlı əməkdaşlığın və təcrübə mübadiləsinin gücləndirilməsi məsələləri müzakirə olunacaq.
Səfər iyunun 10-da başa çatacaq.