...

YAP-ın nümayəndə heyəti Bərdə rayonunda əsgərlərlə görüşüb

Siyasət Materials 30 May 2006 18:29 (UTC +04:00)

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Bərdə rayonunda olub. Bu barədə Trend ə YAP mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, nümayəndə heyəti öncə ümumilli lider Heyədr Əliyevin abidəsini ziyarət edib.

Daha sonra YAP nümayəndə heyəti 28 May - Respublika günü ilə əlaqədar Bərdədəki "N" saylı hərbi hissəsinin əsgərləri ilə görüşüb, onlara bayram hədiyyələri paylayıb.

Hərbi hissənin rəhbərləri, əsgərlər onlara göstərilən diqqət və qayğıya görə, Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti