2006-cı ilin sonuna qədər Ruminiya prezidenti Trayan Baseskunun Azərbaycana rəsmi səfəri gözlənilir. Trend agentliyinin məlumatına əsasən, bu barədə Azərbaycan Prezidenti İcra Aparatı Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov bildirib.
Onun sözlərinə görə, Rumıniya Azərbaycan üçün vacib tərəfdaşdır və rəsmi Bakı layihələrin həm ikitərəfli, həm də çoxtərəfli əsasda gerçəkləşdirilməsində maraqlıdır.
Bu barədə danışıqlar aparılır və aparılacaq. Bu məsələdə son nöqtəni Rumıniya prezidentinin Azərbaycana səfəri qoyacaq" - deyə o vurğulayıb.
Azərbaycan prezidenti İlham Əliyevin Buxarestə gözlənilən səfərinə gəldikdə, o deyib ki, bizim ölkə regionun ən mühüm dövlətlərindədir və hamı Azərbaycan dövlət başçısının fikri ilə hesablaşır.
Qarabağ münaqişəsinin həllində Çernoqoriya-Serbiya modelindən istifadə olunması haqqında bəyanatları şərh edərkən N.Məmmədov qeyd edib ki, öz dövlətini yaratmaq istəyən ermənilər Ermənistana köçsün. "Ermənsitan kimi, Çernoqoriya da vaxtı ilə böyük bir dövlətin tərkib hissəsi olub və onun Serbiyadan de-fakto ayrılması gözlənilən proses idi. Erməni xalqının öz dövləti - Ermənistan var və hər erməni ora köçə bilər"- deyə N.Məmmədov vurğulayıb.