...

Azərbaycan və Litva Silahlı Qüvvələrinin baş qərargah rəisləri görüşüblər

Siyasət Materials 9 İyun 2006 12:53 (UTC +04:00)

İyunun 9-da Bakıda Azərbaycanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini general-polkovnik Nəcməddin Sadıqov Litva Silahlı Qüvvələri Müdafiə Qərargahının rəisi, briqada generalı Vitalius Vaiksnorasla görüşüb. Trend in xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə hər iki ölkədə Silahlı Qüvvələr quruculuğunun gedişi, hərbi sahədə əməkdaşlığın inkişafı, Avropa təhlükəsizlik strukturlarına inteqrasiya, beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak, Cənubi Qafqaz və Baltik regionlarında mövcud olan hərbi-siyasi vəziyyət, o cümlədən, Ermənistan-Azərbaycan münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti