...

İKT-yə üzv ölkələrinin ekspertləri Bakıda toplaşacaqlar

Siyasət Materials 14 İyun 2006 15:09 (UTC +04:00)

İyunun 17-18-də Bakıda İslam Konfransı Təşkilatına üzv ölkələrin ekspertlərinin görüşü olacaq. Bu barədə Trend diplomatik mənbələrdən məlumat alıb.

Ekspertlərin görüşü iyunun 19-20-də Bakıda keçiriləcək İTK ölkələri XİN başçılarının iclası ərəfəsində baş tutacaq. Ekspertlər imzalanmaq üçün iclas iştirakçılarına təqdim olunacaq sənədlərin layihələrini razılaşdırmalıdırlar.

Bakıda keçiriləcək iclasda təşkilatın 57 üzv ölkəsinin nümayəndələrinin iştirakı gözlənilir. Bir sıra ölkələr XİN başçıları, bəziləri isə Xarici İşlər Nazirlərinin müavinləri səviyyəsində təmsil olunacaqlar. Hazırda məlumdur ki, iclasda iştirak etmək üçün Rusiya, İran, İraq, Pakistan, Misir, Səudiyyə Ərəbistanı, Özbəkistan XİN başçılarının, həmçinin Liviya və Qazaxıstanın Xarici İşlər nazirlərinin müavinlərinin Bakıya gəlişi gözlənilir.

Xatırladaq ki, İKT-nin əsası 1969-cu ilin sentyabr ayında müsəlman ölkələrin hökümət və dövlət başçılarının Rabatda (Mərakeş) keçirilən konfransında qoyulub. İslam dünyasına mənsub olduğunu bildirən istənilən ölkə İTK-nin üzvü ola bilər. Beynəlxalq təşkilatlar İTK -də müşahidəçi statusuna malikdirlər. Hazırda əllidən çox dövlət İTK-nin üzvüdür.

Bura Əfqanıstan, Əlcazair, Çad, Misir, Qvineya, İndoneziya, İran, İordaniya, Küveyt, Livan, Liviya, Malayziya, Mali, Mavritaniya, Mərakeş, Niger, Pakistan, Fələstin, Səudiyyə Ərəbistanı, Seneqal, Somali, Sudan, Tunis, Türkiyə, Yəmən, Bəhreyn, Oman, Qatar, Serra-Leone, Suriya, Birləşmiş Ərəb Əmirlikləri, Banqladeş, Burkina-Faso, Kamerun, Qabon, Qvineya-Bisau, Uqanda, İraq, Komor, Maldiv adaları, Cibuti Benin, Bruney, Nigeriya, Albaniya, Azərbaycan, Qırğızıstan, Tacikistan, Turkmənistan, Mozambik, Qazaxıstan, Surinam, Özbəkistan, Toqo, Qayana, Kot D"İvuar daxildir.

Xəbər lenti

Xəbər lenti