...

Nazir müavini: Azərbaycan hərbi münaqişələrin insan haqlarına təsiri məsələsini BMT-nin İnsan Haqları Şurasının işçi proqramına daxil edib

Siyasət Materials 21 İyun 2006 15:49 (UTC +04:00)
Nazir müavini: Azərbaycan hərbi münaqişələrin insan haqlarına təsiri məsələsini BMT-nin İnsan Haqları Şurasının işçi proqramına daxil edib

Azərbaycan hərbi münaqişələrin insan haqlarına təsiri məsələsini BMT-nin İnsan Haqları Şurasının işçi proqramına daxil edib. Cenevrədən Trend ə eksklüziv məlumat verən yeni yaradılmış Şuranın 1-ci sessiyasının iştirakçı, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib ki, o bu təklifi sessiyadakı çıxışı zamanı irəli sürüb.

Öz çıxışında nazir müavini iştirakçıların diqqətini BMT-nin yeni yaradılmış İnsan Haqları Şurasının fəaliyyətinə dair Azərbaycanın mövqeyi, baxışı və tövsiyələrinə cəlb edib. Nazir müavini həmçinin hərbi münaqişələr zamanı insan haqlarının kobud şəkildə pozulmasına toxunub. Ermənistan-Azərbaycan problemi, onun nəticələri, Ermənistanın qeyri-konstruktiv mövqeyindən danışıb.

Azərbaycanın hərbi münaqişələrin insan haqlarına təsiri məsələsinin işçi proqramına daxil edilməsi haqqında təklifi Braziliyanın nümayəndə heyəti tərəfindən dəstəklənib. M.Məmmədquliyevin bildirdiyinə görə, sessiya çərçivəsində Braziliyanın insan haqlarının müdafiəsi naziri ilə görüşüb. Braziliyalı nazir bildirib ki, onun ölkəsi bu sahədə Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır.

M.Məmmədquliyevin sözlərinə görə, o, Genevrədə bir sıra görüşlər keçirib. Xüsusilə, Qırğızıstan nümayəndə heytəinin rəhbərilə görüş təşkil olunub ki, burada Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qoşulması müzakirə olunub. Azərbaycan bu məsələdə Qırğızıstandan yardım istəyib və Qırğızıstan yaxın vaxtlarda cavab verəcəyini qeyd edib.

Bu mövzu M.Məmmədquliyevin Avropa Birliyinin nümayəndələri, Rusiyanın təşkilatdakı nümayəndəsi və ÜTT-nin katiblik departamentinin rəisilə görüşdə də diqqət mərkəzində olub.

Xəbər lenti

Xəbər lenti