...

ABŞ Dövlət departamenti Qazaxıstanın BTC neft kəmərinə qoşulması haqqında sazişi alqışlayır

Siyasət Materials 23 İyun 2006 12:45 (UTC +04:00)
ABŞ Dövlət departamenti Qazaxıstanın BTC neft kəmərinə qoşulması haqqında sazişi alqışlayır

ABŞ Qazaxıstanın Bakı - Tbilisi-Ceyhan (BTC) neft kəmərindən istifadəyə qoşulması haqqında Astana və Bakı arasında imzalanmış sazişi alqışlayır. Trend in verdiyi xəbərə görə, bu barədə cümə axşamı Amerika Dövlət departamentinin mətbuat üçün yaydığı məlumatda deyilir.

"Biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinə qoşulmaqla Qazaxıstan neftinin Xəzər dənizi vasitəsilə nəqlinə yardım edəcək sazışın imzalanması münasibətilə Qazaxıstan və Azərbaycanı təbrik edirik", - deyə sənəddə qeyd olunub.

Vaşinqtonun fikrincə, saziş "boru kəmərinin və Şərq-Qərb arasında əlaqənin strateji əhəmiyyətini xüsusi surətdə nəzərə çarpdırır". ABŞ həmçinin "kommersiya partnyorluğu və gələcək beynəlxalq maliyyələşdirməyə gedən yolu hazırlayan hökümətin və layihə investorlarının maraqlarının müdafiəsi haqqında danışıqların növbəti raundunda" Qazaxıstan və Azərbaycana uğur arzulayıb.

"BTC sistemi vasitəsilə Qazaxıstan neftinin Xəzər dənizi və Azərbaycan ərazisindən keçməklə beynəlxalq bazarlara nəqlinə yardım barədə" saziş iyunun 16-da Alma-Ata şəhərində Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Azərbaycan prezidenti İlham Əliyev tərəfindən imzalanıb. Saziş 25 milyon ton Qazaxıstan neftinin nəqli üçün nəzərdə tutulub. İlkin mərhələdə BTC vasitəsilə 7,5 milyon ton Qazaxıstan neftinin nəqli planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti