...

DAK Məclisinin təşəbbüsü ilə Güney Azərbaycanın problemlərinə həsr edilən Ümumrespbulika Forumu keçirilib

Siyasət Materials 28 İyun 2006 18:06 (UTC +04:00)

İyunun 28-də Bakı Əyləncə Mərkəzində Dünya Azərbaycanlıları Konqresi (DAK) Məclisinin təşəbbüsü ilə Güney Azərbaycanın problemlərinə həsr edilən Ümumrespbulika Forumu keçirilib. Trend xəbər verir ki, forum Güney Azərbaycanda baş verənlərlə bağlı qətnaəm qəbul edib.

Qətnamədə bildirilib ki, forum Güney Azərbaycanda gedən prosesləri diqqətlə izləyir, Güney Azərbaycan türklərinin ədalətli tələblərini dəstəkləyir və milli-mədəni hərəkat iştirakçılarına rəsmi Tehranın hər cür zorakılığını pisləyir və həbs olunanlarını azadlığa buraxılmasını tələb edir.

Sənəd müəllifləri Azərbaycanın tarixi ədalətsizlik nəticəsində iki yerə parçalandığını qeyd etməklə yanaşı, İranda yaşayan Güney Azərbaycan türklərinin öz haqları uğrunda yenə də mübarizəyə qalxdıqlarını vurğulayırlar.

Sənəddə rəsmi Tehranın Güney Azərbaycan türklərinin milli, mədəni, insani haqlarını inkar edərək bu tələblərlə aksiylar keçərən xalqa divan tutması, habelə baş vermiş hadisələrin mahiyyətinn İran KİI-ləri tərəfindən təhrif olunması pislənilir.

Son olaraq müəlliflər Güney Azərbaycan türklərinin iştirakı olmadan İranın demokratikləşməsi və sivil dünyaya inteqrasiyasının mümkünsüzlüyünü xatırladıblar.

Xəbər lenti

Xəbər lenti