Trend agentliyi xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev iyunun 30-da daxili işlər orqanlarının xüsusi rübəsi olan əməkdaşları və mülki işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb..
Bu sərəncamın 1 nömrəli əlavəsində qeyd olunan qurumların xüsusi rütbəsi olan əməkdaşları və mülki işçilərinin maddi rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 2006-cı il iyulun 1-dən aylıq vəzifə (tarif) maaşları 50%, 2 nömrəli əlavəsində qeyd olunan qurumların xüsusi rübəsi olan əməkdaşları və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 100% artırılır.
DİN qurumları əməkdaşlarının xüsusi rütbəyə görə maaşları 2006-cı il avqustun 1-dən 100% artırılır.
Sərəncamla bağlı bütün maliyyə məsələləri dövlət büdcəsində DİN orqanlarının saxlanılması üçün nəzərdə tutulmuş vəsait dairəsində həyata keçiriləcək.
Nazirlər Kabinetinə aylıq vəzifə (tarif) maaşları və xüsusi rütbəyə görə maaşların yeni səviyyəsini təsdiqləmək və bü sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılır.