2008-ci ildə keçiriləcək prezident seçkilərində blok şəklində iştirak edəcəyimiz istisna deyil. Bu barədə Trend ə Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib.
M.Mirəlioğlu onu da qeyd edib ki, prezident seçkilərində öz namizədləri ilə təmsil olunacaqlar: "Ancaq bu namizədin kim olacağını indidən demək çətindir. Sözsüz ki, vahid namizədlə çıxış etmək niyyətindəyik". "Prezident seçkilərində öz namizədliyiniz barədə fikirləşmisinizmi" sualımızı cavablandıran M.Mirəlioğlu bildirib: "Bunu gələcək göstərəcək. Mənim namizəd kimi seçkilərə qatılmağım da istisna deyil".
Partiya sədri onu da qeyd edib ki, prezident seçkilərinə blok şəklində qatılmaq daha çox effekt verə bilər: "Bu barədə də düşünmüşük. Təmsil olduğum Millətçi Demokratlar Hərəkatının prezident seçkilərində bloka çevrilməsi də istisna edilmir. Seçkilərdə istər blok, istərsə də partiya şəkilində qatılsaq da öz namizədimiz olacaq".