...

Azərbaycan prezidenti Moskvadadır

Siyasət Materials 21 İyul 2006 18:09 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev iyulun 21-də Moskvaya çatıb. Trend agentliyinin məlumatına əsasən, səfərin məqsədi - iyulun 21-23-nə təyin olunmuş MDB-nin qeyri-rəsmi zirvə görüşündə iştirak etməkdir.

"Vnukovo-2" hava limanında dövlət başçısını MDB-nin icra katibi Vladimir Ruşaylo, xarici işlər nazirinin birinci müavini Andrey Benişov və digər rəsmilər qəbul edib. İ.Əliyev hava limanından öz iqamətgahına gedib.

Prezident Aparatının Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu günlərdə Trend ə bildirmişdi ki, MDB-nin hazırkı zirvə görüşü qeyri-rəsmi olduğundan proqram və gündəlik hazırlanmır. Belə görüşlərin müsbət tərəfi burada qarşılıqlı maraq doğuran məsələlərin qaldırılması və müzakirə edilməsindən ibarətdir. N.Məmmədovun sözlərinə görə, tədbirdə regional və beynəlxalq xarakterli məsələlərin müzakirəsi mümkündür. O təsdiqləyib ki, İ.Əliyev MDB-dən olan həmkarları, o cümlədən, Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Xəbər lenti

Xəbər lenti