...

İsrafil Əliyev: Narkomaniya və narkotik vasitələrin qanunsuz yayılmasına qarşı mübarizə məqsədilə 3-cü Dövlət Proqramı hazırlanıb

Siyasət Materials 24 İyul 2006 13:07 (UTC +04:00)

Azərbaycanda Narkomaniya və narkotik vasitələrin qanunsuz yayılmasına qarşı mübarizə məqsədilə 3-cü Dövlət Proqramı hazırlanıb. Bu barədə Trend ə Narkomanlığa və Narkotik maddələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri İsrafil Əliyev məlumat verib.

İ.Əliyevin sözlərinə görə, "Narkomaniya və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz yayılmasına qarşı" Dövlət Proqramının layihəsi təsdiq olunmaq üçün yaxın günlərdə Prezidentə təqdim olunacaq.

"Lahiyədə narkotiklərin satışı və yayılması ilə mübarizə, o cümlədən narkomanların müalicəsi istiqamətində görüləcək tədbirlərlə bağlı görüləcək işlər öz əksini tapıb" deyə İ.Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti