Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müəllif Hüquqları Agentliyinin sədri Kamran Sultan oğlu İmanovun tutduğu vəzifədən azad edilməsi barədə avqustun 16-da sərəncam imzalayıb. Bu barədə Trend ə Prezident Aparatının mətbuat xidmətindən məlumat verilib.
Prezidentin başqa bir sərəncamı ilə Abutalıb Qəmbər oğlu Səmədov Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin sədri təyin edilib.