...

İordaniya kralı avqustun 23-24-də Bakıya rəsmi səfərə gələcək

Siyasət Materials 21 Avqust 2006 17:55 (UTC +04:00)
İordaniya kralı avqustun 23-24-də Bakıya rəsmi səfərə gələcək

İordaniya kralı II Abdulla avqustun 23-24-də Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib.

Onun sözlərinə görə, hazırda səfər zamanı imzalanacaq ikitərəfli sənədlər hazırlanır. Bunlar arasında iqtisadi sahəni əhatə edən sənədlər də var.

Səfər proqramının hazırlanması prosesi avqustun 22-də başa çatacaq. Proqram iordaniyalı ekspertlərlə birgə işlənib hazırlanır.

Xəbər lenti

Xəbər lenti