...

Salyanda 2,5 min tona yaxın taxıl istehsal edilib

Siyasət Materials 4 Sentyabr 2006 16:23 (UTC +04:00)

Salyan rayon Statistika İdarəsinin açıqlamasına görə, rayonda taxıl biçini dövründə havaların əlverişli keçməsi məhsul yığımını sürətləndirməyə imkan verib, 17 min 759 hektar sahədə taxıl bicilib və 57 min 92 ton məhsul toplanıb, bu da keçən ilə nisbətən 2 min 412 ton, yəni 8,1 faiz çoxdur. Məhsuldarlıq isə hər hektardan keçən ilə nisbətən 0,19 sentner artaraq 32, 1 sentner olub.

Əkinçilərin uğurlu işi nəticəsində 1995-ci ilə nisbətən 29 min 478 ton və ya 106, 17% çox (hər hektardan 1995-ci ildə 18,4 sentner, 2003-cü ildə 28,2 sentner, 2004-cü ildə 29,1 sentner, 2005-ci ildə isə 31, 2 sentner) məhsul toplanıb. Adambaşına taxıl istehsalı 1995-ci ildə 245, 9 kq, 2003-cü ildə 397, 7 kq, 2004-cü ildə 420 kq, 2005-ci ildə 456, 4 kq və 2006-cı ildə isə 483 kq olub. İstehsal olunmuş taxıl məhsulunun dəyəri 5138, 3 min AZN təşkil edib ki, bu da keçən ilə nisbətən 217, 1 min AZN , yəni 4,4% artıqdır.

Xəbər lenti

Xəbər lenti