...

Azərbaycan prezidetinin Berlində Beynəlxalq Bertelsmann Forumunda iştirakı planlaşdırılır

Siyasət Materials 14 Sentyabr 2006 20:01 (UTC +04:00)

Sentyabrın 22-dən 24-dək Berlində Beynəlxalq Bertelsmann Forumu (International Bertelsmann Forum- IBF) keçiriləcək. Prezidentin İcra Aparatının xarici siyasət şöbəsinin müdiri Novruz Məmmədovun Trend ə verdiyi xəbərə görə, həmin tədbirdə Azərbaycan prezidenti İlham Əliyevin iştirakı planlaşdırılır.

Qeyd edək ki, forumda bir sıra hökumət və dövlət başçıları, Avropanın və Almaniyanın qonşu dövlətlərinin nazirləri və ziyalıları iştirak edəcəklər.

Adıçəkilən layihə Avropada dialoqun dəstəklənməsinə yönəlib. Avropa siyasətinin cari və strateji məsələlərini müzakirə etmək məqsədi ilə hər iki ildən bir məşhur hökumət, biznes, mədəniyyət dairələrinin təmsilçiləri və media nümayəndələri görüşürlər. Bertelsmann fondu Avropanın hazırki inkişafı, o cümlədən böhranların hüquqi həlli yolları, qlobal rəqabət və təhlükəsizlik siyasətinin digər aspektləri üzrə strateji sənəd hazırlayır.

Fondun sonuncu forumu "Avropa alternativləri - dəyişikliklər və genişlənən Avropanın perspektivləri" adı altında 2004-cü ildə Berlində keçirilib. 30-dan artıq dövlət və hökumət başçısı, 22 Avropa ölkəsinin parlament sədrləri və nazirləri, ABŞ və İsrail təmsilçiləri bu tədbirə dəvət olunmuşdular.

N. Məmmədov həmçinin qeyd edib ki, Azərbaycan prezidenti sentyabrın 18-20-də Antalyada (Türkiyə) keçiriləcək türkdilli ölkələrin qurultayında da iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti