...

Milli Məclisin payız sessiyası sentyabrın 30-da başlamayacaq

Siyasət Materials 20 Sentyabr 2006 15:32 (UTC +04:00)

Milli Məclisin payız sessiyası sentyabrın 30-da başlamayacaq. Bu barədə Trend ə Milli Məclisdən bildiriblər.

Qeyd edək ki, Milli Məclisin daxili nizamnaməsinə əsasən payız sessiyası sentyabrın 30-dan dekabrın 30-dək davam etməlidir.

Mayın 12-də Milli Məclisin daxili nizamnaməsinə edilən dəyişikliyə görə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin birinci hissəsinin birinci abzasına uyğun olaraq ali qanunverici orqan hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-dən başlanır və mayın 31-dək davam edir. Payız sessiyası isə sentyabrın 30-dan başlanır və dekabrın 30-dək davam edir. Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Milli Məclisdən isə bildiriblər ki, parlamentin binasında aparılan təmir işləri ilə bağlı payız sessiyası nəzərdə tutulan vaxtdan bir qədər gec başlayacaq.

Xəbər lenti

Xəbər lenti